20.01.2020 11:29
348

Türkiyənin Antalya bölgəsində hazırlıqlarını davam etdirən Azərbaycanın "Qarabağ" klubu transfer çalışmalarını davam etdirir.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi La Liqada oynayan "Leqanes" klubunun futbolçusu Kvabena Ousunu transfer etməyə yaxındır.
Müqavilə ilə "Leqanes"ə məxsus olan 22 yaşlı hücumçu cari mövsümün ilk yarısını "Kordoba" klubunda icarə əsasında çıxış edib. La Liqa təmsilçisi artıq Qana millisinin üzvünün "Qarabağ"a keçidinə razılıq verib. Cari mövsüm "Kordoba"nın heyətində 16 oyuna çıxan K.Ousu 6 qola imza atıb.
Qeyd edək, "Qarabağ"ın yarımmüdafiəçisi Xayme Romero da Azərbaycan klubuna ötən ilin yayında məhz "Kordoba"dan transfer olunub.