cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Lukas Podolski "Antalyaspor"da

20.01.2020 18:42 Oxundu 334


Almaniya millisinin sabiq üzvü Lukas Podolski karyerasını yenidən Türkiyədə davam etdirəcək.
Cempion.az xəbər verir ki, 33 yaşlı hücumçu Superliqa təmsilçisi "Antalyaspor"a transfer olub. Klubun mətbuat xidməti futbolçu ilə 1,5 illik müqavilə imzalandığını açıqayıb.

Qeyd edək ki, Podolski Türkiyədə “Qalatasaray”ın (2015-2017-ci illər aralığında) uğurları üçün çalışıb. “Köln”ün yetirməsi olan futbolçu, “Bavariya“, “Arsenal” (İngiltərə), “İnter” (İtaliya) kimi klubların da formasını geyinib. Podolski Almaniya yığmasında 130 oyun keçirib, 49 qol vurub.