cümə, 29 mart 2024

BİZİM FUTBOL

"Neftçi" bu oyunda qol vura bilməyəcək"

20.01.2020 16:04 Oxundu 307


Bu gün yoxlama oyunu çərçivəsində keçiriləcək "Dinamo" (Kiyev) - "Neftçi" matçı Ukrayna mətbuatının da gündəmindədir.

Cempion.az xəbər verir ki, yerli ekspert Mixail Smolyov öz "Telegram" hesabında oyunla bağlı fikirlərini bölüşüb. O, "Neftçi"nin bu oyunda qol belə vura bilməyəcəyini qeyd edib.

"Azərbaycan deyəndə ağlımıza "Qarabağ" gəlir. Ancaq "Qarabağ"la çempionluğa oynaya biləcək bir komanda varsa, o da "Neftçi"dir. Rəqibimizin məhsuldarlığı yüksək səviyyədə deyil. Belə çıxır ki, onlar bu qarşılaşmada qol belə vura bilməyəcəklər. Ancaq künc zərbələri zamanı təhlükəli ola bilərlər.

"Dinamo" ilk yoxlama oyununda "Legiya" (1:1) ilə qarşılaşmışdı. Polşalılarla müqayisədə bu matçın gərginliyi daha az olacaq. Hiss olunur ki, ilk oyuna nəzərən bu gün daha çox qapıya zərbə olacaq. Əslində onlar "Legiya"dan sonra daha güclü rəqib seçməli olsalar da, enişə gediblər".

Qeyd edək ki, “Dinamo” (Kiyev) – “Neftçi” matçı bu gün saat 18:00-da başlayacaq.