şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

“Qəbələ”nin yoxlama oyunundakı rəqibi dəyişib

20.01.2020 23:53 Oxundu 300


Türkiyədə hazırlıqlarını davam etdirən “Qəbələ”nin  sonuncu yoxlama oyunundakı rəqibi dəyişib.
Cempion.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Antalya şəhərindəki təlim-məşq toplanışındakı 4-cü oyununda Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşacaq. Bu matç yanvarın 25-də keçiriləcək. Öncədən həmin gün Bolqarıstanın “Dunav” klubu ilə qarşılaşma nəzərdə tutulsa da, rəqib Rumıniyanın 2-ci liqa təmsilçisi olacaq.

Qeyd edək  ki, Antalyada iki yoxlama oyunu keçirən “Qəbələ” Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzub, Rusiya təmsilçisi “Çayka”ya eyni hesabla qalib gəlib. Komandamız yanvarın 22-də Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gələcək.