cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Van de Bekdən açıqlama

20.01.2020 23:59 Oxundu 311


"Ayaks"ın futbolçusu Van de Bek "Real"la müqavilə imzaladığı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Cempion.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu iddiaları təkzibedib: "Rəsmi heç bir şey yoxdur. "Real"la müqavilə imzalamamışam. Bu mövsüm ərzində heç nə dəyişməyib".

Qeyd edək ki, ötən yay 22 yaşlı yarımmüdafiəçinin Madrid klubuna keçəcəyi gözlənilsə də, o, "Ayaks"da qalmışdı.