21.01.2020 11:19
343

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Neftçi” bu gün daha bir yoxlama oyunu keçirib.
Cemрion.az xəbər verir ki, “ağ-qaralar” Kiyev “Dinamo”su ilə qarşılaşıb. Görüş Ukrayna klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ilk yoxlama görüşündə Polşanın “LKS Lodz” klubuna 0:4 hesabı ilə məğlub olan təmsilçimiz yanvarın 24-də "Desna" (Ukrayna) ilə qarşılaşacaq.
Yoxlama oyunu
18:00. “Neftçi” – “Dinamo” (Kiyev) - 1:2Qollar: Vitali Mikolenko, 12 (0:1), Nazari Rusin, 19 (0:2), Vanqelis Platellas, 69 (1:2)