cümə, 02 may 2025

BİZİM FUTBOL

Qurban Qurbanov "Neftçi"nin oyununu izlədi

21.01.2020 13:30 Oxundu 408


Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi"nin Kiyev "Dinamo"su ilə yoxlama oyunu keçirib.

Cemрion.az xəbər verir ki, görüşü canlı izləyənlər arasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, onun köməkçisi Çudomir Çakarov, AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov, millimizin məşqçisi Arif Əsədov, AFFA-nın texniki departamentinin rəis müavini Yunis Hüseynov da olub.

Qeyd edək ki, matç  Ukrayna klubunun 2:1-lik qələbəsi ilə başa çatıb.