cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Elxan Məmmədov AFFA-nın nizamnaməsini saymır?

21.01.2020 15:00 Oxundu 386

Bildiyiniz kimi, yanvarın 18-də həm də AFFA İcraiyyə Komitəsinə üzvlər seçiləcək. Düzü bunu nə dərəcədə seçki adlandırmaq olar, bunun özü də kifayət qədər mübahisəli məsələdir. Çünki açıqlanan 13 yerə 13 namizəd var. Məntiqlə seçki olan yerdə namizədlərin sayı boş qalış yerlərdən daha çox olmalıdır. Əks halda bu, seçki olmur. Əgər 13 boş yer varsa və ortada 13 şəxsin adı varsa, o zaman seçim kimlərin arasında aparılacaq? Heç olmasa 15-20 nəfər olsaydı onların arasından da 13 nəfəri seçki yolu ilə müəyyən etmək olardı. 13 yerə 13 nəfərin olması artıq seçki yox, təyinat olur.


Məsələnin sual doğuran ikinci bir hissəsinə keçək. Söhbət namizədlər arasında baş katib Elxan Məmmədovun adının da olmasıdır. Çünki AFFA-nın nizamnaməsinə görə, baş katib İcraiyyə Komitəsində yer ala bilməz. Əgər elədirsə, o zaman Məmmədov baş katib ola-ola İK-a namizədliyini necə irəli sürüb? Yaxun kimlərsə onun namizədliyini irəli sürüb?

Çoxları belə düşünə bilər ki, böyük ehtimalla yanvarın 18-də Məmmədov yeni yaradılan icraçı vitse-prezident postuna seçiləcək və bundan sonra baş katib postundan ayrılaraq icraçı vitse-prezident kii həm də İK üzvü olacaq. Bu, ola bilər, bunu heç kim istisna eləmir və qanunsuz saymır. Amma fakt odur ki, Elxan Məmmədov hazırda rəsmi olaraq baş katibdi və AFFA-nın nizamnaməsinə görə də baş katib İK üzvülüyünə namizədliyini verə və ora seçilə bilməz. Elədirsə, baş katib AFFA-nın nizamnaməsini niyə saya saymır? Nizamnamənin yol vermədiyi üsulla İK-a soxulmağın adı nədir? Yoxsa qanunları çeynəmək baş katib üçün bu qədər adiləşib? Amma belə baxanda heç onu qınamağın da mənası yoxdur. Guya AFFA hansı işini nizamnamə, reqlament, əsasnamə və qanunlarla görür ki, bunu da görsün. İllərdi hansı üsulla işləyirlərsə, seçkini də o üsulla keçirirlər.