21.01.2020 16:00
385

"Qarabağ"ın transfer etmək istədiyi Ovusu Kvabena icarədə olduğu İspaniyanın "Kordoba" klubununun düşərgəsini tərk edib.
Cemрion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Sequnda təmsilçisi komandada oyunçu çatışmazlığı səbəbindən bazar günü keçiriləcək yoxlama görüşünə kimi onu düşərgədə saxlamaq istəsə də, bu alınmayıb.
Qanalı hücumçu "Qarabağ"la müqavilə imzalamaq üçün Madridə gedib. Onun oradan Ağdam klubunun təlim-məşq toplanışından olduğu Antalyaya gedəcəyi gözlənilir.