şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

“Neftçi” siqaret çəkən futbolçunu qovdu

21.01.2020 17:00 Oxundu 350

Xəbər verdiyimiz kimi, bu yaxınlarda U-19 millisinin siqaret çəkən iki üzvü millinin düşərgəsindən kənarlaşdırılıb.

Cempion.az xəbər verir ki, bu futbolçulardan biri, Elnur Hüseynov həm də “Neftçi”nin üzvüdür və əvəzedici komandada forma geyinir.

Əldə etdiyimiz məlumata görə, etdiyi hərəkətə görə, Hüseynov “Neftçi”dən də qovulub. Bu haqda qərarı əvəzedici komandanın baş məşqçisi Mahmud Qurbanov verib.