cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Mahir Əmrəlinin Zaqataladakı biznesi

21.01.2020 18:00 Oxundu 342


Bugünlərdə "CBC Sport"da yayımlanan "Foto+" verilişinin qonağı olan Azərbaycan yığmasının və "Qarabağ"ın hücumçusu Mahir Emreli biznesini nümayiş etdirib.

Cemрion.az xəbər verir ki Zaqatalada baş tutan çəkilişdə Mahir idmanda qazandığı pulları fermaya yatırdığını deyib:

“2017-ci ildə İslam Oyunlarının qalibi olanda bizə mükafat verdilər. Əlimdə pul var idi. Düşünürdük ki, bu pulu necə dəyərləndirək. Dayı ilə məsləhət etdik. Bu yerdən xəbər tutduq və gəldik buranı aldıq. Böyüdə-böyüdə gedirik”.

Sportinfo.az-ın məlumatına görə, gənc futbolçunun biznesi haqda söylədikləri sosial şəkəbələrdə geniş müzakirələrə səbəb olub.

Zaqataladan olan istifadəçilər Mahirin kənd təsərrüfatına 100 min manatdan artıq vəsait yatırdığını yazıb. Onların bildirdiyinə görə, Emreli fındıq biznesinə də maraq göstərir və burada böyük bağ salmağa hazırlaşır.