cümə, 02 may 2025

DÜNYA FUTBOLU

"Napoli"dən 14 milyon avroluq  transfer 

21.01.2020 19:20 Oxundu 356


“Napoli” klubu növbəti transferini həyata keçirib.

Cempion.az xəbər verir ki, Neapol təmsilçisi “Verona”nın müdafiəçisi Amir Rrahmanini transfer edib.

Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu “Napoli” ilə 2024-cü ilin yayına kimi müqavilə imzalayıb.

“Napoli” bu keçidə görə 14 milyon avrosundan keçib. Amma müdafiəçi mövsümün sonuna qədər “Verona”da oynamağa davam edəcək.