cümə, 02 may 2025

BİZİM FUTBOL

FİFA referilərinə emblemlər təqdim olunub

21.01.2020 15:23 Oxundu 350


2020-ci ildə FIFA hakimi kimi fəaliyyət göstərəcək Azərbaycanın referi və referi köməkçilərinə müvafiq emblemlər təqdim olunub.
Cempion.az xəbər verir ki, təqdimetmə mərasimi “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində baş tutub. 
Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Hakimlər Komitəsinin sədri Frits Ştuxlik və UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras iştirak edib.