21.01.2020 15:44
366


Martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olacaq Azərbaycan yığmasının daha bir rəqibi müəyyənləşib.
Cempion.az AFFA-nın rəsmi sayıtına istinadən xəbər verir ki, milli komandamız Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma martın 26-da Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.
Qeyd edək ki, yığmamız toplanış zamanı növbəti yoldaşlıq oyununda Malta yığması ilə qarşılaşacaq. Martın 30-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.