cümə, 02 may 2025

BİZİM FUTBOL

Premyer Liqamız 14 pillə irəliləyib

21.01.2020 16:07 Oxundu 341

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (BFTSF) 2019-cu il üçün dünyanın ən güclü çempionatlarının siyahısını açıqlayıb.
Cempion.az xəbər verir ki, 100 çempionatın yer aldığı siyahıda Azərbaycan Premyer Liqası 349 xalla 56-cı yerdə qərarlaşıb. Çempionatımız son reytinqlə müqayisədə 14 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya 1287 xalla İngiltərə Premyer Liqası başçılıq edir. Brazilya A Seriyası 2-ci, İspaniya La Liqası 3-cüdür.