çərşənbə axşamı, 17 iyun 2025

BİZİM FUTBOL

“Qarabağ” Azərbaycanın ən yaxşısı oldu

21.01.2020 16:27 Oxundu 407


Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb.
Cempion.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin yekunlarına əsasən 400 komandanın siyahısını müəyyənləşdirib.
Cədvəldə Azərbaycanın ən yaxşı komandası “Qarabağ” göstərilib. Ağdam təmsilçisi ötən illə müqayisədə 57 pillə irəliləyərək 144 xalla dünyanın 80-ci komandası olub.
Ötən il 459-cu olan “Neftçi” isə 217-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 316 xalla "Liverpul" başçılıq edir. "Barselona" 293 xalla 2-ci, "Mançester Siti" 284 xalla 3-cüdür