cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

"Səbail" "Sabah"dan göndərilən futbolçu ilə müqavilə bağladı

22.01.2020 12:00 Oxundu 303


Mövsümün qalan hissəsinə hazırlığı davam etdirən “Səbail” daha bir futbolçunun keçidini həll edib.

Cempion.az xəbər verir ki, paytaxt təmsilçisi cənubi afrikalı futbolçu Hendrik Eksteynlə müqavilə bağlayıb.

Amma tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. 29 yaşlı yarımmüdafiəçi yeni komandasında 27 nömrəli formanı geyinəcək.

Eksteyn bu mövsümün əvvəlində “Sabah”a gəlsə də, bu komandada möhkəmlənə bilməmişdi. O, daha öncə karyerası ərzində yalnız yetirməsi olduğu “Kayzer Çifs”in şərəfini qoruyub. Eksteyn CAR millisində 2 oyun keçirib.