çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Elxan Məmmədov həmyerlilərinə “yox” dedi – EKSKLÜZİV!

22.01.2020 14:00 Oxundu 373

“Region Liqası”nda mübarizə aparan “Şəki” komandası AFFA-nın baş katibi Elxan Məmmədova müraciət ünvanlayıb.

Cempion.az xəbər verir ki, müraciətdə infrastruktur durumun bərbad olması və bunun üçün federasiyadan köməyin vacibliyi bildirilib.

Xahiş olunub ki, AFFA Şəki stadionunun qazonun qaydaya salınması üçün kömək etsin. Ya da onlar üçün də süni örtük döşənsin. Lakin əldə etdiyimiz məlumatab görə, baş katib bunun üçün əlavə vəsaitin olmadığını bildirib.

Maraq üçün qeyd edək ki, Elxan Məmmədov da əslən Şəkidəndir.