cümə, 19 aprel 2024

BİZİM FUTBOL

“Şəmkir”ə sponsorluq etmək istəyən şəxslər var

22.01.2020 15:00 Oxundu 329

“Şəmkir”in yenidən böyük futbola qayıtmaq perspektivi haqda xəbər vermişdik. Hətta qeyd etmişdik ki, bu işdə birbaşa rayonun icra başçısı Alimpaşa Məmmədov maraqlıdır və bu yöndə sponsor axtarışlarına baş başlanılıb.

Cempion.az-ın əldə etdiyi son məlumata görə, artıq komandaya sponsorluq etmək istəyən bəzi şəxslər var.

Daha çox ölkə xaricində bizneslə məşğul olan bir neçə şəmkirli kömək etməyə hazır olduğunu bəzi şəxslər vasitəsi ilə rayon rəhbərliyinə çatdırıb.