22.01.2020 17:00
360


Bir ara dağılacağı deyilən Quba “Şahdağ”ı fəaliyyətini davam etdirəcək və qışdan sonra da “Region Liqası”nda iştirak edəcək.
Cempion.az xəbər verir ki, klubun prezidenti postundan istefa verən Xanbaba Daşlı hazırda da komanda üçün köməyini davam etdirir.
Bundan başqa. Yayılan məlumatlara görə, komandaya yeni sponsorların cəlb edilməsi pespektivi də yaranıb və hazırda bununla bağlı danışıqlar gedir.