cümə, 02 may 2025

BİZİM FUTBOL

"Səbail"dən heç-heçə

22.01.2020 13:37 Oxundu 334


Antalyada təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama oyununa çıxıb.

Cempion.az xəbər verir ki, Bakı klubu Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, “Səbail” bundan əvvəl Qazaxıstan “Jetısu”na 0:1, Ukrayna “Olimpik”inə isə 1:3 hesabı ilə uduzub.

Yoxlama oyunu

"Səbail" – "Voluntari" - 2:2
Qollar: Ruslan Hacıyev, 21. Mirsayib Abbasov, 90.