22.01.2020 11:58
342

"Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsinə Mario Fernandes Kastelyano təyin olunub. 34 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.
Qeyd edək ki, 2013-2015-ci illərdə "Bakı” klubunda işləmiş Mario Fernandes Kastelyano Madrid "Atletiko”sunun futbol akademiyasında (U-10-U-17, 2005-2010) və "B” komandasında (2010-2012), eləcə də İspaniyanın "Xetafe” "B” (2015-2016) və Çinin "Dalian Yifanq” (2016-2018) klublarında çalışıb. UEFA-nın PRO kateqoriyasına malikdir.