cümə, 02 may 2025

BİZİM FUTBOL

Qurban Məhərrəmov millidə

22.01.2020 12:03 Oxundu 754


Hazırlıqlarını Türkiyənin Antalya şəhərində  davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətinə daha bir futbolçu dəvət edilib.
Cempion.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın üzvü Qurban Məhərrəmov U-19-un hazırlığına qoşulub.

Qeyd edək ki, U-19 bu gün yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00-da) "Alanyaspor" klubunun müvafiq yaş qrupuna aid komandası ilə yoxlama oyunu keçirəcək.