22.01.2020 12:18
342

Bu gün “Keşlə” Antalyada daha bir yoxlama oyunu keçirəcək.
Cempion.az xəbər verir ki, Paytaxt təmsilçisi Rusiyanın “Arsenal” komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, "Keşlə" ilk oyunda Almaniyanın aşağı liqa klubu “Zvikau”ya 1:4 hesabı ilə uduzub. Komanda Antalyadakı son oyununu yanvarın 24-də Slovakiyanın “Zemplin” klubuna qarşı keçirəcək.
22 yanvar
17:00. “Keşlə” – “Arsenal” (Rusiya)