cümə, 02 may 2025

DÜNYA FUTBOLU

İtaliya kubokunda yarımfinalçılar müəyyənləşir

22.01.2020 12:37 Oxundu 349


İtaliya kubokunda 1/4 final mərhələsinə start verilib.
Cempion.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Napoli” öz meydanında “Latsio”nu qəbul edib. Qarşılaşmada minimal hesablı qələbə qazanan neapollular turnirdə yarımfinala yüksələn ilk komanda olub.
1/4 final mərhələsinin digər oyunu bu gün baş tutacaq. “Yuventus” bu mərhələdə “Roma” ilə üz-üzə gələcək.
İtaliya kubokunun 1/4 finalının digər iki görüşü isə yanvarın 28 və 29-da keçiriləcək. “Milan” “Torino” ilə, “İnter” isə “Fiorentina”yla üz-üzə gələcək.

İtaliya kuboku, 1/4 final mərhələsi

21 yanvar

Napoli – Latsio 1:0
Qol: İnsinye, 2.

22 yanvar

23:45 Yuventus – Roma

28 yanvar

23:35 Milan – Torino

29 yanvar

23:45 İnter – Fiorentina