22.01.2020 12:44
389


"Qarabağ"dan ayrılan Riçard Almeydanın yeni klubu açıqlanıb.
Cempion.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü bundan sonra Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubunun şərəfini qoruyacaq. Klub sosial şəbəkə hesabında yarımmüdafiəçinin transferini açıqlayıb. 31 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb. "Baniyas" BƏƏ çempionatında 12 turdan sonra 11 xalla 11-ci pillədə qərarlaşıb.