cümə, 02 may 2025

BİZİM FUTBOL

 İntizam komitəsinin qərarları

22.01.2020 12:51 Oxundu 329


AFFA İntizam Komitəsi U-13 Qızlar Liqasında çıxış edən “Gənclik UFK” komandasına texniki məğlubiyyət verib.  
Cempion.az AFFA-nın rəsmi sayıtına istinadən xəbər verir ki, 19 yanvar 2020-ci il, Futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin “AzMİU” – “Baker Hughes” arasında cavab oyununun 29-cu dəqiqə 56-cı saniyəsində “AzMİU” komandasının heyətində yetərli oyunçunun olmadığı üçün komandaya texniki məğlubiyyət verilir (0-5). Qarşılaşmanın 28-ci dəqiqə 53-cü saniyəsində “AzMİU” komandasının oyunçusu Heydər Mustafazadənin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. Oyunun 29-cu dəqiqə 56-cı saniyəsində “AzMİU” komandasının üzvü Fatih Demirdagın hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. Görüşün 29-cu dəqiqə 56-cı saniyəsində “AzMİU” komandasının oyunçusu Ayberkemre İnceoğlu hakimə etiraz etdiyi üçün ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

19 yanvar 2020-ci il, Futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin “U-19” – “Gənclik İK” arasında cavab oyununun 15-ci dəqiqə 29-cu saniyəsində “U-19” komandasının üzvü Şahmar Cəfərov sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. Qarşılaşmanın 19-cu dəqiqə 58-ci saniyəsində “U-19” komandasının oyunçusu Ridan Babayev sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

18 yanvar 2020-ci il,  “Red Line” – “Timsport” arasında cavab oyununun 21-ci dəqiqə 52-ci saniyəsində “Timsport” komandasının oyunçusu Məmmədov Ağasərdar qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

26 dekabr 2019-cu il, U-16 liqasının “Xilə” – “Mil-Muğan oyununun 58-ci dəqiqəsində “Mil-Muğan” komandasının üzvü Saleh Məmmədov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.