22.01.2020 16:38
359

“Sevilya”nın futbolçusu Xavyer Hernandes karyerasını ABŞ-da davam etdirəcək.
Cempion.az xəbər verir ki, 31 yaşlı hücumçu bundan sonra “Los Anceles Qalaksi” klubunun şərəfini qoruyacaq. Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Meksikalı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, karyerası ərzində “Çivas”, “Mançester Yunayted”, “Real”, “Bayer”, “Vest Hem” kimi klublarda forma geyinən Çiçarito ləqəbli hücumçu, 2019-cu ildən “Sevilya”da idi.