cümə, 10 may 2024

DÜNYA FUTBOLU

2022-ci il dünya çempionatının püşkü atılıb

22.01.2020 17:00 Oxundu 418


2022-ci il dünya çempionatının Afrika zonası üzrə seçmə qrup mərhələsinin püşkü atılıb. 
Cempion.az xəbər verir ki,  Afrika Futbol Konfederasiyasının rəsmi saytına istinadən məlumatına görə, püşkatma nəticəsində 40 komanda 10 qrupa bölünüb.

A qrupu: Əlcəzair, Burkina-Faso, Niger, Cibuti

B qrupu: Tunis, Zambiya, Mavritaniya, Ekvatorial Qvineya

C qrupu: Nigeriya, Kabo-Verde, Mərkəzi Afrika Respublikası, Liberiya

D qrupu: Kamerun, Kot-Divuar, Mozambik, Malavi

E qrupu: Mali, Uqanda, Keniya, Ruanda

F qrupu: Misir, Qabon, Liviya, Anqola

G qrupu: Qana, Cənubi Afrika Respublikası, Zimbabve, Efiopiya

H qrupu: Seneqal, Konqo, Namibiya, Toqo

I qrupu: Mərakeş, Qvineya, Qvineya-Bisau, Sudan

J qrupu: Konqo Demokratik Respublikası, Benin, Madaqaskar, Tanzaniya

Qeyd edək ki, Oyunlar 2020-ci il martın 23-dən 2021-ci il oktyabrın 12-dək davam edəcək. Qrup qalibləri "pley-off"a yüksələcəklər. Seçmə mərhələnin yekununda 5 ölkə Afrikanı Qətərdə təşkil olunacaq dünya çempionatında təmsil edəcək.