cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Kevin de Brüyne rekord imza atıb

22.01.2020 17:20 Oxundu 362

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Brüyne İngiltərə Premyer Liqasının tarixinə düşüb.
Cempion.az xəbər verir ki, beçikalı yarımmüdafiəçinin rekordu son turda “Şeffild Yunayted”lə qarşılaşmada qeydə alınıb. Serxio Aqueronun yeganə qolunun ötürməsini edən futbolçu Premyer Liqada 3 mövsümdə 15 və daha artıq asist edən ilk futbolçu olub.

Qeyd edək ki, De Brüyne 2016-17 mövsümündə 18, 2017-18 mövsümündə isə 16 qol ötürməsi edib.