22.01.2020 14:07
324

Türkiyədə hazırlıqlarını davam etdirən “Qarabağ”ın bugünkü yoxlama oyunu canlı yayımlanacaq.
Cempion.az xəbər verir ki, futbol azarkeşləri Qazaxıstanın "Jetısu" komandası ilə qarşılaşmanı PFL-in “YouTube” kanalı vasitəsilə izləyə bilərlər.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.