cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Ronaldo 3-cü otelini açır

22.01.2020 17:48 Oxundu 303


"Yuventus"un futbolçusu Kriştiano Ronaldo öz otel biznesini inkişaf etdirməyə davam edir.
Cempion.az xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu sayca üçüncü otelini açmaq üzrədir. Madriddə yerləşən yeni Pestana CR7 Gran via adlı otelinin açılış mərasimi Ronaldonun 35 yaşını qeyd edəcəyi gün - fevralın 5-i olacaq.

Qeyd edək ki, Ronaldo bundan əvvəl Portuqaliyanın Madeyra adasında və Lissabon şəhərində otel açıb.