cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Paşayevin komandası qələbə qazanıb

22.01.2020 18:00 Oxundu 307


Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” klubu yoxlama oyunu keçirib.
Cempion.az xəbər verir ki, Ukrayna təmsilçisi “Çerno More” klubu ilə qarşılaşıb. Bolqarıstan təmsilçisi ilə görüş “Aleksandriya”nın 3:1 hesablı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, Pavel Paşayev də sözügedən oyunun iştirakçısı olub. O, 4 hissədən ibarət olan və hər hissəsi 30 dəqiqə olan qarşılaşmanın 3-cü hissəsində meydana daxil olub, sonadək mübarizə aparıb.