22.01.2020 18:21
378

"Bavariya" heyətini daha bir futbolçu ilə gücləndirib.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Real"ın müdafiəçisi Alvaro Odriozola bu mövsümün sonuna kimi icarə əsasında Münhen təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Madrid klubu 2018-ci ildə 30 milyon avroya "Real Sosyedad"dan ispan futbolçunu transfer edib. O, "Kral klubu"nda 27 oyunda 1 qol vurub, 10 qolun məhsuldar ötürməsini verib.