şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

"Almeyda meydanda əsl liderdir" - Şefer

22.01.2020 19:38 Oxundu 336

"Baniyas"ın (BƏƏ) baş məşqçisi Vinfrid Şefer yeni transfer Riçard Almeyda haqda danışıb.
Cempion.az xəbər verir ki, klubun rəsmi saytına danışan almaniyalı mütəxəssis braziliyalı yarımmüdafiəçinin komanda üçün dəyərli əlavə olduğunu bildirib:
"Almeydanın böyük təcrübəsi var və biz də yeni oyunçudan məhz bunu istəyirdik. O, Azərbaycan yığmasının aparıcı oyunçusu, meydanda əsl liderdir" - deyə Şefer qeyd edib.

Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən millimizin üzvü 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb.