şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

"Qarabag"ın futbolçusunu milliyə çagırdılar

22.01.2020 20:17 Oxundu 342


Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində  davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətinə daha bir futbolçu dəvət edilib.

Cemрion.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Qarabağ”ın üzvü Qurban Məhərrəmov U-19-un hazırlığına qoşulub.

Qeyd edək ki, U-19 bu gün yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00-da) "Alanyaspor" klubunun müvafiq yaş qrupuna aid komandası ilə yoxlama oyunu keçirəcək.