cümə, 14 avqust 2020

DÜNYA FUTBOLU

Ronaldonun рenaltisini qaytardıgı gün futboldan getdi

22.01.2020 21:00 Oxundu 266


Yaydan bəri klubsuz qalan Stefano Sorrentino karyerasını başa vurub.

Cemрion.az xəbər verir ki, son klubu "Kyevo" olan 41 yaşlı veteran qapıçı bu barədə qonaq olduğu tv proqramda açıqlama verib.

"40 yaşıma qədər İtaliya A Seriyasında oynadığıma görə xoşbəxtəm. Son aylarda da təkliflər alırdım, lakin diqqətimi çəkmirdi. Odur ki, düşünüb dayanmaq qərarı verdim. Görək, irəlidə nələr olacaq".

Maraqlıdır ki, Sorrentino futboldan gedişini rəsmən dünən axşam açıqlayıb. Düz bir il öncə - 2019-cu il yanvarın 21-də "Yuventus"un ulduzu Kriştiano Ronaldonun penaltisini qaytardığı gündə karyerasını bitirdiyini açıqlaması İtaliyada böyük maraq və təəccüblə qarşılanıb. Lakin veteran bu barədə heç nə deməyib.