cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

Kintana da “Qarabağ”dan getmək üzrədir

23.01.2020 15:00 Oxundu 401

Riçard Almeydanın ardından Dani Kintana da “Qarabağ”dan getməyə çox yaxındır.

Cempion.az xəbər verir ki, ispaniyalı futbolçuya bir neçə təklif var.

Özü də “Qarabağ”da aldığından daha yüksək məbləğdə. Bu şərtlər altında ispanın Ağdam klubunda qalacağı çətin görünür. Çünki “Qarabağ”ın onun maaşında artım edəcəyi də inandırıcı deyil. Klubun mövcud büdcəsi buna imkan vermir.