cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

Sumqayıt stadionunun qazonu Hollandiyadan sifariş verilib

23.01.2020 17:00 Oxundu 439

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda söküntü işləri tam başa çatıb.

Cempion.az xəbər verir ki, artıq tikinti işlərinə start verilir.

Əldə etdiyimiz məlumata görə, arenanın qazonu da sifariş verilib. Ot örtüyü Hollandiyadan gətiriləcək və ən yüksək keyfiyyətdə olacaq.