cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

"Qəbələ" Bolqarıstan klubu ilə heç-heçə etdi

23.01.2020 10:39 Oxundu 398


Təlim-məşq toplanışını Antalyada davam etdirən “Qəbələ” daha bir yoxlama oyununda qüvvəsini sınayıb.

Cempion.az xəbər verir ki, “qırmızı-qaralar” Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gəlib. Görüş qolsuz başa çatıb.

Qeyd edək ki,  “Qəbələ” bundan əvvəlki yoxlama oyununda  MTK-ya 0:3 hesabı ilə uduzub, “Çayka”ya (Rusiya) eyni hesabla qalib gəlib. Təmsilçimiz ayın 25-də  Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşacaq.

22 yanvar

17:00. “Qəbələ” – “Etar” (Bolqarıstan) - 0:0