cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Qabonlu hücumçu"Barselona"nın gündəmində

23.01.2020 13:07 Oxundu 339

 
"Arsenal"ının futbolçusu Pyer-Emerik Obameyanq qış transfer pəncərəsində komandanı tərk edə bilər.
Cempion.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 31 yaşlı hücumçusu ilə İspaniya "Barselona"sı maraqlanır. Kataloniya təmsilçisinin uruquvaylı forvardı Luis Suares zədə səbəbindən komandadan kənarda qalıb. O, yalnız bu mövsümün sonunda yaşıl meydanlara qayıda bilər. Klub bu səbəbdən Suaresə əvəzedici axtarır.
Obameyanq "Barselona"ya keçməyə razılıq versə də, London klubu qabonlu oyunçu ilə yollarını ayırmaq istəmir. Ancaq o özü getmək istədiyini bildirsə, anlaşma ehtimalı artacaq.

Qeyd edək ki, Pyer-Emerik Obameyanqın "Arsenal"la müqaviləsi 2021-ci ilin yayında başa çatır.