cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

Kvabena ilə imzalanan müqavilənin müddəti açıqlanıb

23.01.2020 14:45 Oxundu 378

"Qarabağ" yeni transferi Ovusu Kvabena ilə imzalanan müqavilənin müddətini açıqlayıb.
Cempion.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi "Leqanes"dən transfer etdiyi 22 yaşlı hücumçu ilə 3.5 illik müqavilə imzalayıb.
İspaniya mətbuatının iddiasına görə, ölkə çempionu Qana millisinin üzvü üçün İspaniyanın “Leqanes” klubuna 300 min avro ödəyib.

Qeyd edək ki, mövsümün ilk yarısını icarə əsasında İspaniyanın "Kordoba" klubunda keçirən qanalı futbolçu 17 oyunda 6 qola imza atıb. O, ölkəsinin əsas millisində də 4 oyuna çıxıb.