cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

Mirabdulla və Krivotsyukdan sevindirici xəbər

23.01.2020 15:15 Oxundu 341


“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Antaliya bölgəsində davam etdirir.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi bu gün iki məşqə çıxıb. Mirabdulla Abbasov və Anton Krivotsyuk da komanda ilə birgə məşqlərə qoşulub. Səhər məşqi əsasən fiziki gücün artırılmasına hesablanmış tapşırıqlardan ibarət olub. Axşam məşqi isə toplu çalışmalarla başlayaraq, ikitərəfli oyunla başa çatıb.

Qeyd edək ki, bununla da qardaş ölkədəki məşqləri yekunlaşdıran “Neftçi” sabah sonuncu sınaq oyununa çıxacaq. Bakı vaxtı ilə saat 18:00-da “Emir Hotels Spor Kompleksi”ndə Ukraynanın “Desna” komandası ilə qarşılaşacaq. "Neftçi" klubunun üzvləri yanvarın 25-i Bakıya qayıdacaq.