cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

"Meydançada bu pulu görmürəm" - Rio Ferdinand

23.01.2020 15:50 Oxundu 354



Rio Ferdinand “Mançester Yunayted”in hazırkı vəziyyətinə münasibət bildirib.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın Premyer Liqanın 24-cü turunda “Bernli”yə 2:0 hesablı məğlubiyyətindən sonra komandasının oyununa görə utandığını deyib:

“Bu komandaya 700 milyon avrodan çox pul ödənilib. Nə üçün? Meydançada bu pulu görmürəm. Düzünü desəm, utanıram. Sadəcə komandanın çıxışına görə yox, gələcəkdə onları nə gözlədiyinə görə də utanıram. Bu oyunun nəticəsini bir kənara qoyun. Mən transferlərdən və komandanın qurulmasından bəhs edirəm. Bu komanda üçün son 7 ildə çox pul xərclənib. Bunu gizlədə bilməzsiniz”.

Qeyd edək ki, R.Ferdinand 2002-2014-cü illərdə İngiltərə təmsilçisinin formasını geyinib.