23.01.2020 16:20
340

“Liverpul” komandasının çalışdırıcısı Yürgen Klopp sosial şəbəkələrdən istifadə etməməyinin səbəbi barədə danışıb.
Cempion.az Ingiltərə mətbuatına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis belə şeylərdən istifadə üçün yaşlı olduğunu deyib:
“Bəlkə də bir gün sosial şəbəkədən istifadə edəcəyəm. Amma indi təsəvvür edə bilmirəm. İnsanın nəyin yaxşı, nəyin pis olduğunu niyə yad adamlara söylədiyini başa düşmürəm. Ancaq bu, mənim nəslimin problemidir. Sosial şəbəkələrdən istifadə etmək üçün çox yaşlanmışam”.