cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

"Bavariya"dan "Sevilya" ya

23.01.2020 16:35 Oxundu 361


"Sevilya" heyətini daha bir futbolçu ilə gücləndirib.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi "Bavariya"nın hücumçusu Ryan Yohanssonu transfer edib. 18 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb. Gənclər komandasında oynayacaq futbolçunun əsas komanda ilə də məşqlərdə işirak edəcəyi bildirilib.

Qeyd edək ki, R.Yohansson 2017-ci ildən Almaniya təmsilçisinin gənclər komandasında çıxış edirdi.