23.01.2020 23:06
365


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Keşlə"nin son yoxlama oyununun saatı məlum olub.
Cempion.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, sabah Slovakiyanın "Zemplin" klubu ilə keçiriləcək görüş Bakı vaxtı ilə saat 13:00-da baş tutacaq.
Qeyd edək ki, Tərlan Əhmədovun komandası yanvarın 25-də Bakıya qayıdacaq və mövsümün ikinci yarısına hazırlığını davam etdirəcək.