23.01.2020 23:13
381


Ötən mövsüm “Fənərbaxça”nın “Çelsi”dən icarəyə götürdüyü Viktor Mozes “İnter”ə keçib.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, nigeriyalı hücumçu ilə mövsümün sonuna qədər icarə müqaviləsi imzalanıb. Milan təmsilçisi icarə müddətinin sonunda futboçunu birdəfəlik transfer etmək hüququna malikdir.
Qeyd edək ki, 29 yaşlı forvard bu mövsüm “Fənərbaxça”da 7 oyuna 1 qol vurub. O, "Fənərbaxça"dan əvvəl "Liverpul" (2013-14), "Stok Siti" (2014-15) və "Veste Hem"də (2015-16) də icarə əsasında çıxış edib.