cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Naci Ünüvar “Ayaks”ın tarixinə keçib

25.01.2020 10:24 Oxundu 371


Futbol üzrə Hollandiya kubokunun 1/32 mərhələsinin oyunları keçirilib.
Cempion.az xəbər verir ki, bu mərhələdə aşağı liqa təmsilçisi “Spakenburq”la qarşılaşan “Ayaks” rəqibini 7:0 hesabı ilə darmadağın edib.
Bu oyunda meydana çıxan türkiyəli gənc futbolçu Naci Ünüvar “Ayaks”ın tarixinə keçib. Belə ki, oyunun 75-ci dəqiqəsində meydana daxil olan Naci Ünüvar son dəqiqələrdə özünün qazandığı penaltini qola çevirib.

Qeyd edək ki, Naci “Ayaks” tarixinin rəsmi oyunlarda qol vuran ən gənc oyunçusuna çevrilib. O, buna 16 yaş 223 günlüyündə nail olub.