24.01.2020 13:00
426


Mövsümün sonunda “Sabah”dan gedəcək ilk futbolçunun kimliuinə aydınlıq gəlib.
Cempion.az-a daxil olan məlumata görə, söhbət serbiyalı qapıçı Saşa Stamenkoviçdən gedir.
Əslində onunla qışda da yolları ayırmaq olardı. Lakin Saşanın klubla müqaviləsi var. Bundan başqa. Qışda yaxşı qapıçı tapmaq da çətin məsələdir. Odur ki, Stamenkoviç yaya kimi komandada qalası oldu. Onun gedişində əsas amil yaş məsələsi və artıq çəkidir.